Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 13:47:25
Bu Avropa ölkələrində heç bir təhsil islahatı aparılmayıb

 

Almaniyadakı bir fondun apardığı araşdırma nəticəsində Avropa Birliyinin təhsildə lazımi islahatlar aparmadığı məlum olub.

AzEDU əcnəbi KİV-ə istinadən məlumat verir ki, Bertelsman Vəqfinin apardığı araşdırma hətta alman təhsil sistemində belə ciddi çatışmazlıqlar olduğunu aşkar edib. Həmçinin, 2014-2015-ci illərdə çoxsaylı islahatların həyata keçirilməsi planlaşdırılsa da, bunların gənc mühacirlərin təhsil sisteminə inteqrasiyasında uğurlu olmadığı bildirilib.

Avropa Birliyi ölkələrindəki əcnəbilərin təhsil sisteminə uyğunlaşdırılmasını nəzərdə tutan  "Avropa Birliyi İslahat Barometri” adlı araşdırma mindən çox avropalı elm adamının iştirakı ilə hazırlanıb.

Araşdırma zamanı həm də 10 Avropa Birliyi ölkəsində heç bir islahatın aparılmadığı məlum olub. Təlsil sahəsində lazımi islahatları aparmış ölkələr sırasında Yunanıstan, Litva və  İspaniya ön yerləri tutur. Mütəxəssislər həmçinin, Britaniyadakı təhsil xərclərinin aztəminatlıların təhsili  üçün böyük maneə olduğunu vurğulayıblar.

Bertselman Vəqfinin direktoru Aart de Geus təhsil islahatlarındakı çatışmazlıqların əslində çox narahatedici məsələ olduğunu, AB ölkələrində sosial əngəllər olduğu müddətdə kasıbların təhsildən kənar qalacağını, sosial bərabərsizliyin kəskinləşəcəyini bildirib.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları