https://www.zirve.edu.az/
28.03.2018 07:17
Bakıda xeyli miqdarda məktəbli forması oğurlayan şəxs tutulub

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Yeni Suraxanı qəsəbəsi ərazisindəki evlərin birinin həyətindəki saxlanc yerindən fevralın 27-dən martın 9-dək olan müddətdə 90 ədəd məktəbli formasının və 500 ədəd eynəyin oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən AzEDU-ya verilən məlumata əsasən, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Araşdırmaya görə, həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunan Şəmsi Şıxəliyev olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən 25 ədəd məktəbli forması və bir neçə ədəd eynək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.