Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 07:46:21
Kursantlar üçün açıq dərs keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları üçün "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda açıq dərs keçirilib.

AzEDU science.az-a istinadən xəbər verir ki, dərs zamanı kursantlara görkəmli dramaturqun həyat və yaradıcılığı, eləcə də ailə üzvləri haqqında geniş məlumat verilib. Bundan əlavə, ədibin "Ana", "Maral", "Şeyda", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur" və digər dram əsərlərinin mövzu və ideyasından danışılıb.

Tədbirdə, həmçinin muzeyin Hüseyn Cavid və cavidlər irsinə aid nəşr olunan kitabları ("Cavid hikməti: seçmə aforizmlər", "Cavidşünaslıq" araşdırmalar toplusu və "Turan Cavidin ömür salnaməsi", "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid") haqqında da məlumat verilib.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.