Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 16:19:00
İspan alimlər vaxtından tez ölüm riskini təyin etdi

4-cü mərtəbəyə orta temptə dayanmadan qalxa bilərsinizmi?

Mütləq özünüzü yoxlayın. İspaniya alimləri sübut edir ki, bu sadə testin köməyi ilə vaxtından tez ölümün riskini təyin etmək olar.

AzEdu.az xəbər verir ki, alimlər bu nəzəriyyəni 13 min insan üzərində yoxlayıblar. Onların bir hissəsi testin öhdəsindən gələ bilib, bir hissəsi isə yox. Alimlər pilləkəndə testdən sonra 5 il ərzində bu insanlara daim nəzarət edirdi. Bu müddət ərzində eksperimentdə iştirak edənlərdən 1253 nəfər vəfat edib. Məlum olub ki, araşdırmanın əvvəlində 4-cü mərtəbəyə dayanmadan qalxa bilməyənlər arasında ürək-damar sistemi xəstəlikləri səbəbindən ölüm halları testin öhdəsindən gələnlərlə müqayisədə 3 dəfə daha çox olub.

Bundan əlavə fiziki daha zəif olan və testi keçə bilməyənlər arasında xərçəngdən ölüm halları da 2 dəfə çox olub.

İspaniya alimlərinin fikrinə görə, bu eksperiment növbəti dəfə sübut edib ki, fiziki aktivlik insanın sağlamlığının ən əsas amillərindən biridir.