Azedu.az

AMEA-nın 2025-ci il üçün ilk yığıncağı keçirilib

AzEdu Təhsil Platforması

Elmi institut və təşkilatlar

22 Yanvar 2025, 11:13
AMEA-nın 2025-ci il üçün ilk yığıncağı keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının 2025-ci il üçün ilk yığıncağı keçirilib.

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib. Bildirilib ki, elmi müəssisənin direktoru akademik Teymur Kərimli kollektiv adından Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri professor Kamandar Şərifovu 85 illik yubileyi münasibətilə təbrik edib. O, alimə 85 illik yubileyi münasibətilə və məhsuldar elmi fəaliyyətinə görə Əlyazmalar İnstitutunun fəxri fərmanını təqdim edib.

Daha sonra elmi katib Aynur Hacıqədirli Elmi şura üzvlərini Əlyazmalar İnstitutunun 2025-ci il üçün nəzərdə tutulan elmi-tədqiqat və nəşriyyat işləri, elmi-kütləvi və mədəni tədbirlər planı ilə tanış edib.

Şura üzvlərinin müzakirəsindən sonra plan işləri təsdiqlənib.

 

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox