Sinonimlər və neologizmlər lüğətinin hazırlanmasını düşünürük və bunu faydalı hesab edirik.
Azedu.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik, Toponimiya komissiyasının sədri İsa Həbibbəyli Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.
Akademik bildirib ki, Nəsimi adına Dilçilik İnstitutunda yeni Orfoepiya lüğəti hazırlanır:
“100 il ərzində yalnız məktəblinin Orfoepiya lüğəti hazırlanıb. İndi isə sistemli, geniş həcmə malik Orfoepiya lüğəti hazırlanır. Biz lüğəti tərtib emtək üçün müəyyən etdiyimiz normalara yenidən baxılması üçün mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmışıq”.