Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 15:24:42
Ölkəmizin səkkiz bölgəsindən məktəblilər Lənkərana gediblər

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Sumqayıt, Mingəçevir və Naftalan şəhərlərinin, Xızı, Laçın, Qubadlı, Şabran, Siyəzən rayonlarının məktəbliləri martın 26-da, günün ikinci yarısında Lənkərana gəliblər.

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında tur-aksiya iştirakçılarını şəhər icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Məktəbliləri salamlayan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva Prezident İlham Əliyevin tövsiyəsi və Prezident Administrasiyasının təşkilatçılığı ilə reallaşan, əhali tərəfindən yüksək qiymətləndirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün formalaşmasında və onların ölkəmizi daha yaxından tanımasında əhəmiyyətli rolu olduğunu bildirib.

Şagirdlər ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Lənkəran şəhərindəki Gənclər Mərkəzi ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, Mərkəz 2013-cü il oktyabrın 15-də fəaliyyətə başlayıb və gənclərin əsl istirahət yerinə çevrilib.

Daha sonra tur-aksiya iştirakçıları Lənkərandakı “Qafqaz Sahil”, “Palıdlı Sahil” istirahət mərkəzlərində və “Şah” mehmanxanasında yerləşiblər. Şam yeməyindən sonra onlar müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.

Martın 27-də məktəblilər Lənkəranla tanışlığı davam etdirəcəklər.