![](https://azedu.az/uploads/news/2018/03/rumuniya.jpg)
Rumıniyanın Milli Təhsil Nazirliyi 2018/2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Təqaüd proqramı Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil nazirlikləri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2011-ci il oktyabrın 11-də Buxarestdə imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir.
AzEDU xəbər verir ki, Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqaüd proqramı haqqında elanda müraciət forması, seçim prosesi və maliyyələşmə, müsahibə mərhələsində iştirak üçün əsas meyarlar, tələb olunan sənədlər və s. ilə bağlı məlumatlar verilir. Elan Təhsil Nazirliyinin saytında yerləşdirilib.
Müvafiq sənədlər iki nüsxədə təqdim edilməlidir. Sənədlərin bir nüsxəsi ingilis dilinə tərcümə edilərək notarial qaydada təsdiq olunmalıdır. Təqaüd proqramı ilə bağlı aprelin 12-dək müraciət etmək olar.
Təqaüd proqramı ilə bağlı sualları [email protected] elektron ünvanına və ya Rumıniya Milli Təhsil Nazirliyinin əməkdaşı xanım Ana Anghelescuya (tel: +40214055705, e-mail: [email protected]) ünvanlamaq mümkündür.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)