Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 09:36:33
Estoniyanın Tartu Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda mühazirə dinlənilib

Estoniyanın Tartu Universitetinin Yohan Şütte adına Siyasi Elmlər Məktəbində Azərbaycan günü keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir məktəbin azərbaycanlı tələbələrinin təşəbbüsü ilə təşkil edilib.

AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, ADA Universitetinin Estoniyada səfərdə olan professoru Anar Vəliyev tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının həm Azərbaycan, həm də bölgə üçün əhəmiyyətindən, respublikanın qısa müddət ərzində qazandığı nailiyyətlərdən, beynəlxalq miqyasda tanınmaq istiqamətində apardığı mübarizədən bəhs edilib.

Dinləyicilərdə Azərbaycan Xalq Cümhuriyyəti dövrü haqqında tarixi və vizual təsəvvürlərin formalaşdırılması üçün mühazirədən sonra “Əli və Nino” filmi nümayiş etdirilib. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir iştirakçılarına Azərbaycanla bağlı məlumatlar, kitablar və Novruz şirniyyatları təqdim edilib.