Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-19 11:26:31
Peşə təhsilində artım müşahidə olunur

“Peşə təhsilində artım müşahidə olunur”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov mediaya açıqlamasında bildirib.

 

O, qeyd edib ki, “vətəndaşlar peşə təhsilinə daha çox müraciət edir. Hədəfimiz növbəti illərdə peşə təhsilinə qəbul olanların sayının artmasına çalışmaqdır. Peşə təhsilinə olan ümumi müraciətlər son 4 ildə təxminən 3 dəfə artıb. Bu müraciətlərə münasibətdə aparılan qəbulun rəqəmləri də çoxdur, ancaq qəbulla yerləşmə arasında rəqəmlər azalır. Bu da onu göstərir ki, vətəndaşlar üçün iş yerləri azdır. Buna görə də yeni iş yerləri açılmağa davam edəcək”.