Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 15:49:00
Övladınızı qızılca bəlasından bu şəkildə QORUYUN

2022 ci ildən başlayaraq dünyanın bir çox ölkələrində uşaqlar arasında qızılca ilə xəstələnmə və bu xəstəlikdən ölüm hallarının artması müşahidə olunur.

 

Bəs, qızılcadan qorunmaq üçün nə etmək lazımdır?

 

AzEdu.az-a açıqlama verən Tibb universitetinin II uşaq xəstəlikləri kafedrasının dosenti Ülviyyə Hacıyevanın sözlərinə görə qızılcanın yayılmasının səbəbi ÜST-ün verdiyi məlumata görə əsrin bəlası olan COVİD 19 pandemiyası zamanı uşaqların vaksinasiyası işinin axsamasıdır.

 

“Belə ki,bu dövrdə qapanmalar, covid qorxusu valideynlər tərəfindən övladlarının vaksinasiyasına laqeydliyin yaranmasına səbəb oldu. Hazırda digər ölkələrdə olduğu kimi Azərbaycanda da qızılca ilə xəstələnmə artmışdır. Qızılcadan qorunmanın xəstəlikdən yeganə yolu peyvənd olunmaqdır”.

 

Ülviyyə Hacıyeva qızılcadan sağalmaq üçün tövsiyələrini verib:

 

“Qızılca olan uşaq xəstələnən kimi müalicə həkiminə xəbər verilməli və onun nəzarəti altında olmalıdır. Heç bir halda həkim təyinatı olmadan müalicə (sistem,antibiotik və s.) qəbul etmək olmaz. Əgər uşağın halı pisləşərsə, vaxtında xəstəxanaya yerləşdirilməlidir. Ümumiyyətlə, uşağın immun sistemini gücləndirmək üçün düzgün qidalanmalı,yuxu rejimi düzgün olmalı,stress faktorlarından qorunmalıdır. Onun fiziki inkişafı-çəki və boy normal olmalıdır və xəstəliklər vaxtında aşkar edilib müalicə olunmalıdır”.