Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 16:46:07
Region məktəblərində problem: İnformatika müəllimləri...

Fevralın 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin I ixtisas qrupu üzrə RK və Rİ fənləri üzrə sınaq imtahanı keçirilib.

 

Ötən ilin statistikalarını müşahidə etdikdə görürük ki, Rİ altqrupunu seçənlərin sayı, RK altqrupunu seçənlərdən xeyli az idi.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, regionlarda və bəzi bölgələrdə informatika fənni yüksək səviyyədə tədris olunmadığı üçün abituriyentlər Rİ altqrupuna imtahan verməkdən çəkinirlər:

 

“Əslində Rİ altqrupuna abituriyentlərin marağı daha çoxdur. Bu altqrupa daxil olan ixtisasların çoxu əmək bazarının tələblərinə uyğundur. Rİ altqrupuna müraciət etmək üçün abituriyent mütləq informatikadan imtahan verməlidir. Amma bəzi regionlarda informatika müəllimi çox azdır. Burada adı çəkilən fənn yüksək səviyyədə tədris olunmadığı üçün namizədlər həmim altqrupdan yayına bilirlər. Onlar düşünür ki, imtahanda yaxşı nəticə göstərə bilməyəcəklər”.

 

Ekspert qeyd edib ki, abituriyentlər informatika fənnindən 0 bal toplasa belə müsabiqədə iştirak edə bilərlər:

 

“Çünki DİM fənlər üzrə məhdudiyyət tətbiq etmir. Namizədlər sırf informatikadan müvafiq bal toplaya bilməsələr belə kompüter yönümlü ixtisasları seçə bilərlər”.