Azedu.az

Nazir: Hazırda 400-dən çox məktəb qəzalı vəziyyətdədir

Orta təhsil

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

10 Sentyabr 2024, 11:16
Nazir: Hazırda 400-dən çox məktəb qəzalı vəziyyətdədir

"Hər il qəzalı məktəblərin sayı azalır".

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında qeyd edib.

 

"Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan bəzi məktəblər tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə olaraq şagirdləri digər məkrəblərə daşıyırıq. 4 il bundan əvvəl 900-dən artıq qəzalı məktəbimiz var idisə, bu il həmin rəqəm təxminən yarıbayarı azalıb.

 

Bununla belə 400-dən artıq məktəbimiz qəzalı vəziyyətdədir. Düşünürəm ki, gələcək illərdə bu problemi əsaslı şəkildə həll etmiş olacayıq".

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox