Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-03 15:57:33
Universitetin qarşısında 20 yaşlı qızı maşın vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki,  hadisə şəhərin Babək məhəlləsində, "Naxçıvan" Universitetinin qarşısında qeydə alınıb.

 

Həydərzadə Tapdıq İsa oglunun idarə etdiyi 75-BL-174 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini 2003-cü il təvəllüdlü Babayeva Səlfinaz Sabir qızını vurub. Hadisə nəticəsində ciddi xəsarət alan 20 yaşlı qız təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.