Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 17:23:44
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM) subbakalavr peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, xüsusi buraxılışda “2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli” və digər faydalı məlumatlar təqdim olunub.

 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödənişlə əldə etmək olar.