Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 11:21:25
Aşpaz, dərzi, qaynaqçı... - Ən çox plan yeri ayrılan peşə ixtisasları

2023-2024-cü tədris ili üçün peşə təhsili müəssisələrinə qəbul planına 25420 yer ayrılıb.

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov deyib.

“Plan yerlərinin 18290 dövlət sifarişli, 7130 yer isə ödənişlidir. Ən çox plan yeri ayrılan aşpaz, dərzi, elektrik qaz qaynaqçısı ixtisaslarıdır”,- deyə o bildirib.

Qeyd edək ki, bu gündən etibarən peşə təhsili müəssisələrinə 2023/2024-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır.

Peşə təhsili almaq istəyən şəxslər 28 iyul - 11avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

2023/2024-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 128 ixtisas olmaqla 25420 plan yeri üzrə aparılacaq. Son müraciət tarixi 11 avqust 23:59-dur.