Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 09:42:17
Macarıstanda təhsil alacaq azərbaycanlı gənclər SEÇİLDİ

143 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023-2024-cü tədris ili üzrə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. 

 
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 

Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən memorandum çərçivəsində 143 nəfərdən 11-i doktorantura, 111 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, turizm, təhsil və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

 

Təqaüdə layiq görülən tələbələr, əsasən, “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”,  “Eötvös Loránd University”, “Óbuda University” və digər ali təhsil müəssisələrində təhsil imkanı əldə ediblər.