Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 18:01:52
Fəlsəfə və elmlər doktorluğu üzrə təhsilalanları sayı AÇIQLANIB

Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 54,2 faizi qadın olmaqla 3277 nəfər təhsil alıb. Onların 79,7 faizi fəlsəfə, 20,3 faizi isə elmlər doktoru proqramları üzrə oxuyub.


Bu barədə AzEdu.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.


Təhsil alanların 33,8 faizi elmi müəssisə və təşkilatlarda, 66,2 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda oxuyub. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 31,4 və 68,6 faiz, elmlər doktoru proqramı üzrə isə 43,2 və 56,8 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,8 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 25,4 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2612 nəfərin 565-i iqtisad, 365-i texnika, 276-sı filologiya, 185-i tibb, 149-u pedaqogika, 122-si biologiya, 117-si siyasi, 112-si aqrar, 105-i yer elmləri, hər birində 94 nəfər olmaqla 188-i hüquq və tarix, 81-i riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.  

Doktorantlardan 149 nəfər filologiya, 85 nəfər iqtisad, 71 nəfər texnika, 56 nəfər tibb, 44 nəfər biologiya, 34 nəfər kimya, hər birində 33 nəfər olmaqla 66 nəfər aqrar və tarix, 27 nəfər sənətşünaslıq, 25 nəfər hüquq, 23 nəfər siyasi elmlər, 20 nəfər yer elmləri, 14 nəfər riyaziyyat, 12 nəfər pedaqogika, 39 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2021-ci illə müqayisədə 2022-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 19,2 faiz artaraq 589 nəfər, elmlər doktoru proqramı üzrə isə 17,9 faiz artaraq 99 nəfər təşkil edib. Bu dövrdə fəlsəfə doktoru proqramı üzrə 728 nəfər, elmlər doktoru proqramı üzrə isə 140 nəfər doktoranturaya qəbul olunub.

Bununla yanaşı, 2022-ci ildə fəlsəfə doktoru proqramı üzrə 374 dissertant təhkim olunub ki, onların da 68,7 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 133 nəfəri qadın olmaqla 242 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, biologiya, iqtisad, fizika, filologiya, texnika, aqrar və riyaziyyat sahələri üzrə təhkim olunub.