Lənkəranda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişən məktəb direktorunun şəkli yayılıb.
AzEdu.az xəbər verir ki, hadisə ötən gün Xanbulan kəndi ərazisində baş verib.
Məlumata görə, Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbin direktoru Məmmədov Ramiz Şahvəli oğlu avtoqəza nəticəsində həyatını itirib.
Xatırladaq ki, Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili Lənkəran rayonunun Hirkan - Daşdatük - Biləsər yolunda turistləri daşıyan iri tutumlu avtobusla toqquşub.
Nəticədə "Nissan Tida"nın sürücüsü Ramiz Məmmədov və maşındakı sərnişinlər – 1957-ci il təvəllüdlü Tahir Zülfüqarov və 1951-ci il təvəllüdlü Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, yaralanan Şakir Həbibov Lənkərn Dövlət Universitetinin (LDU) riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU-da inzibati işdə çalışır.
Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.
kitabı