Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 09:33:00
1-ci kurs tələbəsi dövlətə xəyanətdə ittiham olunur

Rusiyada  dövlətə xəyanət işi üzrə növbəti müttəhim Ural Hüquq Universitetinin Prokurorluq İnstitutunun birinci kurs tələbəsi, 19 yaşlı Nikita Menşov olub.

AzEdu.az xəbər verir ki, BBC-nin məlumatına görə, Nikita Menşov hələ mart ayında Vladiqafqazda ilkin olaraq "xuliqanlığa"a görə 15 sutka müddətinə həbs edilib. Mayın 11-də isə məlum olub ki, Yekaterinburq sakini Ukrayna ordusuna qoşulmağa hazırlaşırmış və Gürcüstanla sərhəddə istiqamətində saxlanılıb.

Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, o, Telegram messencerində Ukraynanın tərəfində döyüşmək niyyətində olduğunu bildirib, şəxsi məlumatlarını təqdim edib və “təlimatlar alıb”.

Məhkəmə tələbəni dövlət məmurlarına tabe olmamaq və  (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 2-ci hissəsi) "xırda xuliqanlıq" maddəsi ilə 15 sutka həbs edib, o, özünü təqsirli bilməyib. Menşov martın 26-da səhər təcridxananı tərk etməli idi. Amma görünür  onun həbs müddəti uzadılıb..