Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-15 11:27:00
Yeni ali təhsil sisteminə keçən 6 universitetin adı açıqlandı

Rusiya Prezidnti Vladimir Putin ölkədə ali təhsildə islahatı üzrə pilot layihənin başlanması haqqında fərman imalayıb.


AzEdu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni sistemdə magistratura və bakalavr pilləsi əvəzinə üç təhsil səviyyəsinin olacağı nəzərdə tutulub: baza ali təhsil, ixtisaslaşma  və aspirantura.

İxtisaslaşma səviyyəsində magistratura, rezidentura və assistentlik proqramları təqdim edilir.

Əsas ali təhsil almaq müddəti dörd ildən altı ilədək, magistratura proqramları üçün isə bir ildən üç ilədəkdir.

Pilot layihə 2023-2024 və 2025-2026-cı tədris illərində altı universiteti əhatə edəcək: Moskva Aviasiya İnstitutu, Moskva Elm və Texnologiya İnstitutu, Moskva Dövlət Pedaqoji Universiteti, Peterburq Mədən Universiteti, Kant Baltik Federal Universiteti və Milli Tədqiqatlar üzrə Tomsk Dövlət Universiteti.