Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 12:38:56
Bu il 2803 ibtidai sinif müəllimi təkrar sertifikasiyadan KEÇMƏLİDİR

Məlum olduğu kimi, qarşıdakı aylarda müəllimlərin sertifikatlaşdırma imtahanları keçiriləcək.

Hazırda sertifikatlaşdırmaya hazırlıq məqsədilə imtahanlarda iştirak edəcək ibtidai sinif,  Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə təlimlər keçirilir. Bu təlimlərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilir.

Qeyd edək ki, təlimlər aprelin 1-də başlayıb və iyunun sonunda yekunlaşacaq. Bu da o anlama gəlir ki, müəllimlərin sertifikasiyasının iyul ayında keçirləcəyi gözlənilir.

Ötən il keçirilən sertifikatlaşdırmada xeyli ibtidai sinif müəllimi imtahanlardan kəsilmişdi.

Maraqlıdır, buliki sertifikatlaşdırmaya cəlb olunacaq ibtidai sinif müəllimlərinin sayı müəyyənləşibmi?

Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-ci ildə ibtidai sinif üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesində 2803 müəllim təkrar iştirak edəcək.

Sertifikatlaşdırma iki mərhələdən - test və müsahibədən ibarətdir. Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.

Hər sualın düz cavabı 1 bal qiymətləndirlir. Səhv cavablandırılan suallar toplanan baldan çıxılmır.

Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.

Müsahibə mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir. Müsahibə zamanı müəllimlərin aşağıdakı bacarıqları yoxlanılır:

Müsahibə mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir. Müsahibə zamanı müəllimlərin aşağıdakı bacarıqları yoxlanılır:

- mövzunu təqdimetmə bacarığı;

- təhsilalanları qiymətləndirmə bacarığı;

- özünü təqdimetmə bacarığı;

- pedaqoji prosesi təşkiletmə bacarığı;

- ünsiyyət bacarığı.


Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür.

Müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər bu mərhələdən keçmiş hesab edilirlər. 

Sertifikatlaşdırmanın test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar sertifikatlaşdırmada iştirak etməlidir.