Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 11:38:30
Valideynlərə müraciət: “Məktəb dəyişimində müəyyən risk var”

“Övladı məktəbəhazırlıq qrupuna gedənlər üçün sonradan məktəbi dəyişmək riskli ola bilər. Yəni, məktəb dəyişimində müəyyən risk var”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil masası”nda deyib.

 

“Təbii ki, bu, valideynlərin şəxsi seçimidir. Bütövlükdə heç bir halda məktəbyaşlı uşaq təhsildən kənarda qala bilməz. Çünki ölkədə ümumi orta təhsil icbaridir”, - O.Abbasov bildirib.

 

Nazirlik rəsmisi vurğulayıb ki, bu il birinci sinfə qəbul prosesində bir sıra yeniliklər edilib:

 

“Belə ki, əvvəl vətəndaş qeydiyyatdan keçdiyi zaman övladlarının məlumatlarını bir-bir sistemə qeyd edirdi. Aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində bu məlumatlar sistemə avtomatik olaraq inteqrasiya edilir. Yəni vətəndaş sistemdə qeydiyyatdan keçdiyi zaman onun məktəbyaşlı övladının məlumatları birbaşa sistemdə görünür”.