Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 12:06:52
Deputatdan müəllim və həkimlərin maaşı ilə bağlı TƏKLİF

“Müəllim və tibb işçilərinin maaşları orta aylıq əmək haqqına çatdırılmalıdır”.

AzEdu.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə çıxışı zamanı səsləndirib.

O, şəkərli diabet xəstələrinin müalicəsi və dərmanla təminatı üçün ayrılan vəsaitin artırılmasını təklif edib:

“Bu gün ölkəmizdə 240 minə qədər şəkərli diabet xəstəsi var. Bu gün dünyada onkoloji və ürək xəstəliklərindən sonra ölüm halları ən çox bu xəstəlikdən qeydə alınır. Lakin son illərdə şəkərli diabet xəstələri üçün ayrılan vəsaitin həcmi 36 milyon olaraq qalır, baxmayaraq ki, xəstələrin sayı artmaqdadır. Bu insanların dərman təminatı dövlət hesabına təmin edilir. Dünyada modern insulindən istifadə edilir, hazırda bizim istifadə etdiyimiz insulindən imtina edilib. Bizdə modern insulindən yalnız uşaqlar və xüsusi ağır xəstələr istifadə edir. Bütün şəkərli diabet xəstələrinin modern insulinlə təminatı arzuolunan haldır”.

15123873614556850716_1000x669.jpg

Millət vəkili Fazil Mustafa isə çıxışında təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam olduğunu deyib:

“Bu iki sosial sahə arasında bu fərq olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa təklif edirəm ki, diaqnostik qiymətləndirmə və yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilməlidir. Bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”.

Millət vəkili vurğulayıb ki, bu problemlərin aradan qaldırılması üçün inkişafla yanaşı tənqidlər də səsləndirilməlidir:

fazil-mustafa.jpg

“Bundan başqa, deputatların təkliflərinə bəzi hallarda ya cavab verilmir, ya da uyğun cavab verilmir. Məsələn, ötən il nazirliklərin təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib. Əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik. Bu gün hərbçilərin evində belə məcburi köçkünlər yaşayır. Biz müharibə şəraitində yaşayan ölkəyik, məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbçilərimizin də mənzil problem həllini tapsın”.