30 iyunda baş vermiş X1.1 sinifli alışmaya bağlı olaraq tac kütlə atılmalarının təsiri ilə 3 iyulda G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.
Bu barədə AzEdu.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, 4 iyulda isə qasırğanın bir az zəifləyərək G1 səviyyəsində davam edəcəyi proqnozlaşdırılır.