Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 09:37:00
Müəllimlərin 40 faizinin maaşı paltar almağa çatmır

Rusiyada müəllimlərin əksər hissəsinin maaşı 2020-2022-ci illlərdə 40 min rubldan (bugünkü kursla təxminən 900 manat) aşağı olub.

AzEdu.az xəbər verir ki, bu məlumat Rusiya təhsil sistemində monitorinq keçirən “Təhsil iqtisadiyyatının monitorinqi” layihəsinin hazırladığı hesabatda qeyd olunur.

Rəyi soruşulan müəllimlərdən təxminən yarısı deyiblər ki, onların aylıq əmək haqqı 20-39 min rubl olub. Sorğu təhsil sahəsində 5-30 il fəaliyyət göstərən müəllimlər arasında keçirilib. Təxminən 16 faiz müəllim aylıq əmək haqqının 10 min rubldan aşağı olduğunu bildirib.

Pedaqoqların 40 faizindən artığı yeməkdən başqa bütün sahələrdə özlərinə limit tətbiq etməyə məcburdurlar. Misal üçün, rəyi soruşulan 5 nəfərdən biri paltar almağa pul çatdırmadığını söyləyib. 34-40 faiz müəllimin məvacibi yemək və paltara çatır, amma zəruri məişət texnikasını almaqda çətinlik çəkirlər.

Çəmi 2 faiz müəllimin aldığı məvacib onun bütün tələblərini, hətta bahalı istirahətini ödəyə bilir. 

Görəsən bu vəziyyət Azərbaycanda necədir və müəllimlərimizin neçə faizi aldığı məvacibdən razıdır?  Yəni onlar maaaşları ilə bütün tələblərini ödəyə bilir?..