Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 11:27:30
Bakalavr diplomları tam ali təhsil diplomlarına bərabərləşdirilir

Ali məktəblərin bakalavr pilləsini bitirənlərin diplomları tam ali təhsil diplomları ilə bərabərləşdiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Andrey Fursenko bildirib.

“Bu diplomlar tam ali təhsil diplomuna bərabərdir. Onu daşıyanlar ali təhsil alan mütəxəssislər hesab olunur”.

Fursenko “Rossiya -24” telekanalının efirində deyib ki, əvvəllər alınan diplomların hamısı tanınacaq.

Prezidentin köməkçisi xatırladıb ki, Sovet vaxtı ali məktəblərin məzunlarının hamısı diplomlu mütəxəssislər hesab olunurdular.

Amma burada bir fərq var ki, Sovet dövründə tam ali təhsil 5 illik idi və 5 illik təhsil xaricdəki magistr pilləsinə bərabər hesab olunurdu.İndi  məlum deyil bakalavr təhsili - 4 illik təhsil - tam ali təhsilə bərabər tutulursa bəs magistr təhsili nə ilə bərabərləşdirilir. Doktorantura iləmi?

Rusiya təhsil sistemi çox çətin günlərini yaşayır. Vəziyyətin hara istiqamət götürdüyünü heç təhsilin başında dayananlar özləri müəyyən edə bilmirlər.

Bu arada üzümü Rus təhsil sistemini üstün tutaraq övladlarına rus dilində təhsil verən məktəblərə qoyan valideynlərə tuturaaq demək istəyirəm: Bəlkə bir daha düşünəsiniz.