Azedu.az

Elmi işçilərin sosial müdafiəsi haqqında sərəncamlar AMEA-nın minlərlə əməkdaşını əhatə edir

Elmi institut və təşkilatlar

16 Yanvar 2023, 15:46
Elmi işçilərin sosial müdafiəsi haqqında sərəncamlar AMEA-nın minlərlə əməkdaşını əhatə edir

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. İclas AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin 2022-ci il üçün illik hesabatlarına həsr olunub.

 

AzEdu.az xəbər verir ki, xəbər verir ki, əvvəl tədbir iştirakçıları müvafiq elmi müəssisələrin 2022-ci ildə əldə etdikləri nailiyyətlərə həsr edilmiş sərgi ilə tanış olublar.

 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin elmi işçilərin, doktorant və magistrantların sosial müdafiəsinin daha da yaxşılaşdırılması haqqında sərəncamları AMEA-nın gəncləşməsinə, gənclərin elmə olan həvəslərinin daha da artırılmasına xidmət edir və stimul verir. Onun sözlərinə görə, bu sərəncamlar elm xadimlərinin əməyinin stimullaşdırılması, AMEA-ya, elmə dövlət dəstəyinin böyük nümunəsidir. Akademik qeyd edib ki, bu sərəncamlar AMEA-nın minlərlə əməkdaşını əhatə edir.

 

Sonra AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin 2022-ci il üçün illik hesabatları dinlənilib.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox