Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 15:28:00
ADNSU-da informasiya texnologiyaları ilə bağlı təlim keçirilib  

Dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) tərəfindən "Müasir İnformasiya Texnologiyaların İnkişaf Tarixi və Perspektivləri" mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimdə AİKTSA-nın idarə heyətinin sədri, AİKTSA-nın kibertəhlükəsizlik komitəsinin mütəxəssisi, Elektron Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik mütəxəssisi, İTechGroup şirkətinin İT biznes məsləhətçisi iştirak ediblər.

 

İnteraktiv formatda keçirilən təlimdə çıxış edən AİKTSA-nın İdarə heyətinin sədri Elvin Abbasov İnformasiya texnologiyalarının tarixindən və müasir dövrün qlobal problemlərindən olan kibertəhlükəsizliyin önəmindən danışıb. O, bu sahədə olan risklərdən qorunmaq üçün dövlət səviyyəsində kibertəhlükəsizliyin təmin olunması, həmçinin gənclərin maarifləndirilməsi istiqamətində mümkün olan məsələlərdən bəhs edib. 

 

Bildirilib ki, müasir kompüter sistemlərinin, şəbəkələrin və proqram təminatlarının rəqəmsal hücumlardan qorunmasını təmin etmək üçün daim yenilənən müasir kibertəhlükəsizlik seqmentlərindən istifadə zəruridir.

 

Sonra İT üzrə biznes məsləhətçi Rövşən Əkbərov, asossasiyanın nümayəndəsi Eldar Qurbanov və Kibertəhlükəsizlik üzrə mütəxəssis İbrahim Əbdüləzizli çıxışlarında kibertəhlükəsizliyin müasir mənzərəsinə qısa nəzər salıb, kibertəhlükəsizlik sənayesinin seqmentlərindən, müasir meyarlara görə təsnifatından və bu seqmentlərin inkişaf proqnozlarından və əsas trendlərindən danışıblar.

 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.