Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-26 11:03:00
Koreyada BMU-İNHA İDP çərçivəsində iclas keçirilib

Koreya Respublikasında Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində Rəhbər Komitənin növbəti iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, Rəhbər Komitənin iclasları hər semestr bir dəfə olmaqla, ildə iki  dəfə keçirilir və bundan öncəki iclas BMU-da təşkil olunmuşdu. Koreyanın İNHA Universitetində baş tutan budəfəki, payız semestri üzrə toplantıda elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BMU-nun rektoru, professor Havar Məmmədov, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov, BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli, BMU-İNHA İDP-nin idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang, BMU-İNHA İDP-nin tədris işləri üzrə mütəxəssisi Əsmər İbadova, İNHA Universitetinin Qlobal Təhsil layihəsi qrupunun dekanı, professor Seungvoo Han, Tədris işləri üzrə vitse-prezident, professor Keeyoung Cho, Tədris işləri üzrə dekanı, professor Jangcheon Cho, və Planlaşdırma və Büdcə üzrə dekanı, professor Sunghyeon Baeck Hyun iştirak ediblər.

 

İclasda elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BMU-nun rektoru Havar Məmmədov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın önəmi, ikili diplom proqramlarının tətbiqinin üstünlükləri, eyni zamanda BMU-İNHA İDP-nin icrası üçün dövlət səviyyəsində atılan addımlar vurğulanıb.