Azedu.az

Azyaşlılara qarşı zorakılıq törədənlərin cəzaları SƏRTLƏŞDİRİLİR  

Təhsil hüququ və qanunvericilik

28 Oktyabr 2022, 13:26
Azyaşlılara qarşı zorakılıq törədənlərin cəzaları SƏRTLƏŞDİRİLİR  

Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq törədənlərə verilən cəzalar sərtləşdirilir.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında keçirilən növbəti iclasında müzakirə olunub.

 

Əmək, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Ümumi təhsil haqqında” və digər qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə hazırlanıb. Bununla yanaşı, Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilir.

 

Eyni zamanda, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi təklif edilir.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox