Yevlaxda qəza törədən mikroavtobusunsürücüsü cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə AzEDU.az-a ötən bazar şagirdləri ağır qəzaya uğrayan Yevlax rayon 1 saylı Aran tam orta məktəbinin direktor müavini Amil Zamanov məlumat verib.
Onun sözlərinə görə, qəzaya düşən şagirdlərin bəziləri dərsə davamiyyətlərini bərpa ediblər:
“Mikroavtobusu məktəbdən özümüz təşkil etmişik. Sürücü ilə bağlı eşitdiyim məlumata görə, cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə hələlik, başqa heç bir məlumatım yoxdur.
Xəstələrlə mütamadi əlaqə saxlayırıq. Onlar Mingəçevir xəstəxanasında yatırlar. Elə özüm dünən axşam 9-a qədər orada olmuşam. Xəsarət alan şagirdlər də müayinəyə göndəriliblər. Evə göndərilən şagirdlərin vəziyyəti normaldır. Həmin şagirdlərin əksəriyyəti dərsə gəlirlər. Dərsə gəlməyənlərə isə, təbii ki, davamiyyətlə bağlı müəyyən güzəştlər edilir”.
Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Nəzrin CAVİD
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)