Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 15:56:00
Keçid ballarında AZALMA gözlənilir-Ekspertdən sevindirici proqnoz

“İT ixtisası üzrə  formalaşan keçib ballarında növbəti il üçün azalma müşahidə oluna bilər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

O, informatika fənninin qəbul prosesinə salınmasından söz açıb:"Bu il  qəbul imtahanında I qrup üzrə bəzi ixtisaslara informatika fənni əlavə edilib. İnformatika ilə yanaşı kimyadan da  imtahan verənlər İT sahəsindən başqa digər ixtisaslara  qəbul oluna bilərlər.  Orta təhsil müəssisələrində uzun illər informatika fənni  yüksək səviyədə tədris olunmurdu.   Ötən ildən başlayaraq həmin fənn üzrə müsbət istiqamətdə işlər görülməyə başladı. Bu  isə abituriyentlərin imtahan nəticələrinə öz təsirini göstərəcək". 

 

Ekspertin fikrincə keçid ballarında azalma gözlənilir:"Əgər I ixtisas qrupu üzrə  25-30 mindən çox abituriyent imtahan verərsə, onların çoxu sırf  İT sahəsinə yönələn abituriyentlər olacaq.

 

İT ixtisası üzrə  formalaşan keçib ballarında növbəti il üçün (2023 qəbul imtahanı zamanı) müəyyən qədər  azalma müşahidə oluna bilər.

 

Bu il alt qrup seçimində müəyyən bir say var ki, yalnız onu seçənlər  müsaqibədə iştirak edə biləcəklər. Bu, da öz növbəsində ballara təsir edəcək. Növbəti il üçün informatika  tələb etməyən  ixtisasların keçid ballarında müəyyən qədər azalma gözlənilir”.

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları