Azedu.az

Türkiyəli professorlar Azərbaycan Texniki Universitetində olublar

Ali təhsil

30 Sentyabr 2022, 09:58
Türkiyəli professorlar Azərbaycan Texniki Universitetində olublar

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun professoru Mustafa Güden və Türk Aviasiya və Kosmos Sənayesi Şirkətinin (TUSAŞ) Qazi Universitetində yerləşən Additiv Texnologiyalar Mərkəzinin rəhbəri professor Metin Salamçı Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, qonaqlar rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

 

Görüş zamanı universitet-sənaye işbirliyinin inkişafı, birgə layihələrin həyata keçirilməsi məqsədilə müvafiq sahələr üzrə elmi tədqiqatların aparılması müzakirə olunub. Qonaqlar elmtutumlu texnologiyaların inkişafı məqsədilə AzTU-nun imkanlarının artırılması üçün lazımi fəaliyyətlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox