Azedu.az

İtkin düşən 11-ci sinif şagirdi tapıldı

Orta təhsil

24 Sentyabr 2022, 17:34
İtkin düşən 11-ci sinif şagirdi tapıldı

Lənkəranda itkin düşən qız tapılıb.

 

Azedu.az-ın məlumatına görə, 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova şəhər ərazisində tapılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev saytımıza bildirdi ki, həmin yeniyetmənin itkin düşməsi ilə bağlı ötən gün axşam saatlarında polisə müraciət daxil olub:

 

“Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib”.

 

Qeyd edək ki, o, sentyabrın 23-də şagirdi səhər evdən çıxaraq məktəbə gedib və geri qayıtmayıb. Ailə onun tapılması üçün polisə müraciət edib.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox