Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-22 17:13:00
Təcrübə prorqamını uğurla keçən ADNSU tələbələrinə sertifikat verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 6 nəfər tələbəsi Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) şirkətində 3 həftəlik yay təcrübə proqramını başa vurub.

 

AzEdu.az xəbər verir ki, iki qurupdan ibarət olan tələbələrin iyul-avqust aylarında AİMK tərəfindən keçirilən yay təcrübə proqramında ADNSU-nun Neft-mexanika fakültəsinin (NMF) 4 nəfər tələbəsi, İnformasiya texnologiyaları və idarəetmə (İTİF) fakültəsinin 2 nəfər tələbəsi iştirak ediblər.

 

Sonda proqramı uğurla başa vuran 6 nəfər ADNSU tələbəsinə şirkət tərəfindən sertifikatlar verilib. Təqdimat mərasimində ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, AİMK-nin İnsan resurslarının idarə edilməsi və inzibati işlər üzrə mütəxəssisi Cümşüd Cahangirov, Neft-mexanika fakültəsinin (NMF) dekanı, dosent Əli Hikmət Əhmədov , həmçinin həmin fakültənin  elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov tələbələrin təcrübə müddətindəki fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. 

 

Sonda ADNSU tələbələrinə sertifikat təqdim edilib.