Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-17 15:30:00
Məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğuru 

İndoneziya Respublikasının Cokyakarta şəhərində 34-cü Beynəlxalq İnformatika Olimpiadası (IOI 2022) keçirilib. 88 ölkədən 349-dan çox şagirdin qatıldığı olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər. Belə ki, olimpiadada iştirak edən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medal əldə edib.

 

AzEdu.az-ın məlumatına görə, Olimpiada Cokyakarta şəhərində 7-15 avqust 2022-ci il tarixlərində keçirilib.

 

Fidan Hüseynova, Fuad Qarayev, Ömər Əfəndi və Səid Nəsibovun iştirakçısı olduğu komandanın rəhbəri Rəşad Məmmədov, rəhbər müavini isə İbrahim Tağızadə olub.

 

Onu da bildirək ki, məktəblilərimizin informatika fənni üzrə  müxtəlif beynəlxalq olimpiadalara dair uğurlu nəticələri son bir neçə ildə daha da artıb: 2014-cü ildən etibarən şagirdlərimiz ölkəmizə 1 qızıl, 11 gümüş və 36 bürünc medal gətirib.