Azedu.az

Filippində məktəb atışmasında yaralananların sayı artıb

Maraqlı

23 İyun 2026, 14:08
Filippində məktəb atışmasında yaralananların sayı artıb

Filippinin Takloban şəhərində yerləşən San-Xose məktəbində baş verən atışmada yaralananların sayı 20 nəfərə çatıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, zərərçəkənlərin əksəriyyəti məktəblilərdir. 20 zərərçəkəndən 15-i odlu silahdan açılan atəş nəticəsində yaralanıb, onlardan biri başından güllə yarası alıb və xəstəxanadadır. Qalanları isə yaranmış basırıq zamanı və xilas olmaq üçün pəncərələrdən tullanarkən xəsarət alıblar.

Ötən gün 14 və 15 yaşlı iki şagirdin tapançalardan atəş açması nəticəsində üç nəfər həlak olub. Atəş açanlar saxlanılıb, onlardan biri hücumdan sonra məktəbdə tutulub, digəri isə qaçaraq qonşu sakinin evində gizlənib. Daha sonra polis onu tapıb. Onlar yeddinci sinifdən bəri təhqirlərə məruz qaldıqlarını etiraf ediblər.

Bundan başqa, atışmada istifadə olunan silahın sahibi olan polisin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi araşdırılır.

Putinin başına od ələnir - Ruslar işıqsız qaldı - Gündəm Masada
Son xəbərlərDaha çox