Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-12 09:48:00
UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) avqustun 16-dan 28-dək I, II, III, IV və V qruplar üzrə ixtisas seçimi keçiriləcək.

 

Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, abituriyentlər “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqetmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, UNEC-də kadr hazırlığı keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz həftəiçi 5 gün UNEC-in III tədris binasında saat 10-dan 17-dək ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.