Azedu.az

Lisey və gimnaziyalara sənəd qəbulu davam edir

9 Avqust 2022, 11:22
Lisey və gimnaziyalara sənəd qəbulu davam edir

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçirilən lisey və gimnaziyalara sənəd qəbulu davam edir.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, bu mərhələdə lisey seçimi edib qəbul olunan və qəbul olunduğu liseyi təsdiqləyən şagirdlərin sorğusu avtomatik olaraq yaradılacaq.

 

Qeyd edək ki, sənəd qəbulu avqustun 17-dək davam edəcək. Valideynlər “Şəxsi kabinet”də sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını izləyə bilərlər.

 

Avqustun 17-dək şagirdlərin ötən tədris ilində təhsil aldıqları məktəbdən şəxsi işləri təhvil alınaraq qəbul olduqları ümumtəhsil müəssisəsinə təqdim edilməlidir. Əks halda, imtahan nəticələri ləğv ediləcək və 2-ci mərhələdə iştirakına icazə verilməyəcək.

 

Boş qalan yerlərə 2-ci mərhələ vasitəsilə şagird qəbulunun avqustun 19-dan sonra keçirilməsi planlaşdırılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox