http://www.position.az/ https://www.zirve.edu.az/
2022-06-28 16:38:00
LDU-da “İngilisdilli Yay Məktəbi”nin açılışı olub.

28 iyun 2022-ci il tarixində ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin “Monterey-Lənkəran Dostluq Assosasiyası”nın icraçı direktoru, Monterey şəhərinin sabiq vitse-meri Nensi Selfric Lənkəran Dövlət Universitetində olub və rektor, professor Natiq İbrahimovla görüşüb. Xanım Nensini Monterey-Lənkəran Dostluq Assosiasiyasının həmsədri, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva, Monterey Peninsula Collecinin tələbəsi Cavad Kərimli, ADA Universitetinin əcnəbi tələbəsi Ceyms Ezimoha, ADA məktəbinin tələbəsi Səid Mehrəli müşayət ediblər.


AzEdu.az xəbər verir ki, səmimilik və dostluq şəraitində keçən görüşdən sonra Lənkəran Dövlət Universitetinin Beynəlxalq Dil Mərkəzinə daxil olan “Amerika Guşəsi”ndə “Monterey ESL Summer School” -Monterey “İngilisdilli Yay Məktəbi”nin açılışı keçirilib.


Açılışda iştirak edən professor Natiq İbrahimov “İngilisdilli Yay Məktəbi”nin əhəmiyyətindən danışıb və bunun tələbələrin xarici dil bilgilərinin təkmilləşdirilməsinə yardımçı olacağını deyib.


8 iyul 2022-ci il tarixinədək davam edəcək iki həftəlik “Monterey ESL Summer School” yerli müəllim və tələbə heyəti üçün Lənkəran Dövlət Universitetindəki “Amerika güşəsi”ndə təşkil edilib və xarici dil proqramı iştirakçılarının ingilis dilində nitq və yazı qabiliyyəti, ünsiyyət bacarıqlarının artırılmasına xidmət edir.
Qeyd edək ki, “İngilisdilli Yay Məktəbi” mühazirələr, əyani vasitələrlə çalışmalar, praktiki qrup tapşırıqlarından ibarət olacaq. Məktəbi uğurla bitirən iştirakçılar sonda sertifikatlarla təltif olunacaqlar.