Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-27 12:17:00
Universitet jurnalı dünyanın aparıcı elmi nəşrinə necə çevrilə bilər?-ARAŞDIRMA

 

“Harvard Business Review” bunu necə bacarıb?

 

Dünya təcrübəsindən söz düşmüşkən, 1922-ci ildə Harvard Biznes məktəbində əsası qoyulan “Harvard Business Review” jurnalının keçdiyi inkişaf yoluna nəzər yetirməyi lazım bilirəm.  Naşir Uolles Don tədqiqatçı Arça Şounu jurnala baş redaktor təyin təyin edir. Fəliyyətinin ilk günlərindən başlayaraq jurnalda yalnız aktual problemlərdən bəhs edən məqalələr dərc edilməyə başlanır, nəzəri tədqiqatlara, təhlillərə xüsusi diqqət yetirilirdi. Jurnal hər zaman öz fəaliyyət istiqamətinə sadiq qalaraq, oxucuların yeni elmi biliklər əldə etməsinə yol açır. Elə bu səbəbdən də daim oxucuları tərəfindən sevilərək mütaliə edilir. Jurnal öncə tələbələr və sahibkarlar üçün nəzərdə tutulmuşdur.

 

Baş redaktor mütəmadi olaraq jurnalın redaksiyasında mühazirələr təşkil edir və ölkənin görkəmli naşirlərini, alimlərini mühazirə oxumaq üçün redaksiyaya dəvət edirdi. Perspektivi yüksək qiymətləndirən rəhbərlik jurnalın illik abunəsini 5 dollar (indiki, təxminən 82 dolların dəyərində) müəyyənləşdirir. Onlar inanırdılar ki, məbləğ az olmasa da, jurnalın ətrafında geniş oxucu kütləsi formalaşacaq. Belə də olur. 1945-ci ilədək jurnalın 14 min abunaçısı yaranır.

 

 

Bu rəqəm hər il 600 nəfər artır. Amerikada elm və sənayeninin inkişafı ilə paralel olaraq jurnala olan tələbat da artan xətlə inkişaf edir. 1965-ci ildə 83 min tirajla oxucuların görüşünə gələn jurnal, 1985-ci ildə abunəçi sayını 250 minə qaldırmağı bacarır. Zaman keçdikcə, jurnalın dizaynına da əlavə və dəyişiklilər edilməyə başlanır. Jurnal elmi məqalələrin nəşri ilə yanaşı, mühüm bir tədqiqat mərkəzinə çevrilməyi bacarır. “Harvard Business Review”-in redaksiyasında zamanın aktual elmi problemlərini əhatə edən elmi müzakirələr, seminarlar, diskussiyalar təşkil edilir, jurnal Amerikada və dünyada elmi tədqiqatlara ilham verən bir elmi müəssisə halına gəlir. Bu gün tədqiqatçılar hesab edirlər ki,

 

“Harvard Business Review” The New York Times, The Economist kimi nəşrlərlə rəqabət aparır. 2021-ci ildə jurnalın fəaliyyət istiqamətini əsas etibarilə onlayn-kurslar, metodiki və elmi nəşrlərin dərc olunması təşkil edib. Jurnalın səhifələrində və onun saytında qısa qeydlərə, geniş analitik təhlillərə, videoxülasələrə, multimedia materiallarına, visual kitabxanaya, seminar materalallarına rast gəlmək mümkündür. Jurnalın illik abunəçilərinin sayı 350 minə yaxındır. Elmi nəşrin saytı isə daha populyardır. Onun aylıq oxucu sayı 10 milyona yaxınlaşır.

 

 

Şübhəsiz ki, bu Harvard universitetinin mühüm naliyyətidir. Bütün bunlar deməyə əsas verir ki, universitet jurnalı peşəkarların fəaliyyəti nəticəsində böyük bir media mərkəzə, dünyanın aparıcı elmi nəşrinə çevrilə bilər.

 

Böyükağa MİKAYILLI 

Təhsil jurnalisti və araşdırmaçı