Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-06 09:00:00
“Psixi xəstələr xalqa müəllimlik edir” – Sabiq deputat

Tam ciddi və məsuliyyətlə bildirirəm ki, bizə həbsxana yox, ağıl xəstəxanaları tikmək lazımdır.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı Gülər Əhmədova sosial şəbəkə hesabında yazıb.

 

"Əgər bu əqli xəstələrin ailəsi onları himayəyə götürəcəksə, bütün hüquqi və maddi məsuliyyətinə görə cavab verməlidir. Əgər ailə imtina edəcəksə, əqli xəstələr daim nəzarətdə olmalıdır. Son bir neçə ilin müşahidəsinə əsasən deməliyəm ki, Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Elgizin verilişində iştirak edənlərin böyük əksəriyyəti, nəsə qələt qarışdırıb üzr videosu çəkənlərin təxminən 90 faizi yumşaq dildə desək, psixoloji yardıma ehtiyacı olan şəxslərdir.

 

Bunların arasında özünə fenomen deyib külli miqdarda pul qazana bilmiş xeyli şəxs var.

 

Təklifim bundan ibarətdir ki, irsi keçə bilən əqli, psixi problemi olan şəxslərlə bağlı preventiv tədbirlər, qanun lahiyələri hazırlansın. Artıq demokratiya adı altında xeyli psixi xəstə xalqa müəllimlik edir, ekranlardan həyat dərsləri verir", - deyə eks-deputat paylaşımında qeyd edib.