Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-25 17:02:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi valideynlərlə görüşüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin Nərimanov və Nəsimi rayon məktəblərini təmsil edən valideynlərlə görüşü keçirilib.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd məktəb-ailə, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, çevik ünsiyyət platforması formalaşdırmaqdan ibarətdir.

 

Məktəb-Lisey Kompleksində təşkil olunan görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb-ailə, müəllim-valideyn münasibətlərindən, həmçinin qarşılıqlı əməkdaşlığın şagirdlərin təlim-tərbiyəsindəki mühüm rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən bəhs edib.

 

Valideynləri təşəbbüskar və daha fəal olmağa səsləyən BŞTİ-nin struktur bölmə rəhbərləri müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.

 

Görüş zamanı valideynlərə məktəbin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.