Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 10:54:00
Direktorlar zəif nəticə göstərən şagirdlərini məktəbdən kənarlaşdırır-Kamran Əsədov

 

 

 

“Şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı çoxsaylı şikayətlər daxil olur”.

 

AzEdu.az xəbər verir ki,  bunu təhsil eksperti Kamran Əsədov şəxsi facebook səhifəsində yazıb:

 

O, məsələnin təfərrüatlarını qeyd edib:

 

“Əziz məktəb direktorları, zəhmət olmasa, bunu oxuyun, sabah ətraflı, xüsusilə də, bu hallara yol verən məktəb direktorları barəsində ayrı-ayrılıqda adlarını qeyd edərək yazacam.

 

Deməli, IX sinif buraxılış imtahanından sonra nəticələri zəif olan şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı "qərar" verdiyiniz barədə çoxsaylı şikayətlər daxil olur. Deyirsiniz ki, Təhsil nazirliyi tapşırıq verib nəticəsi zəif olanlar peşə təhsilinə yönəldilsin. Yaxşı edirsiniz, amma düz etmirsiniz. Siz elə bilirsiniz ki, icbari təhsil 9 illikdir, yəni şagirdlərin 9-cu sinifə qədər gəlməsi məcburi, ondan sonra sizin xoşunuza görədir? Xeyir əziz direktorlar, bu belə deyil. 9-cu sinifə qədər təhsil icbari (məcburi), ondan sonra isə könüllü, yəni şagirdlərin nəticələrindən asılı olmayaraq, öz istəkləri ilə tam orta təhsil (10,11) oxuya bilərlər. Şagirdlərin nəticələrinin zəif olmasına görə isə, əlbəttə ki, günahkar sizsiniz. 9 il o şagirdlərə görə əmək haqqı alıbsınız. Şagirdlərin təhsil alma hüququnu məhdudlaşdırmağa heç kim sizə ixtiyar verməyib”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları