https://www.zirve.edu.az/
11.03.2018 10:41
Son illərdə buraxılış imtahanlarında “2” alan doqquzuncuların sayı 30 faiz azalıb

Xəbər verdiyimiz kimi, bu gün ölkənin 27 rayonunda IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir. Martın 4-ündə Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda 36,846 şagirdin, hal-hazırda davam edən imtahanda isə 39496 şagirdin iştirakı nəzərdə tululub.

AzEDU.az rəsmi məlumatlara əsasən, IX sinif şagirdləri üçün buraxılış imtahanları ilə bağlı bəzi statistik faktları təqdim edir:

2017-ci il IX illik ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında, ümumilikdə 113 min şagird iştirak edib. 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə isə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərindən 110 638 nəfər iştirak edib. 2012-ci ildə buraxılış imtahanlarında iştirak edən şagirdlərin 50 faizi müsbət qiymət alıbsa, 2016-cı ildə bu rəqəm 67,3 faiz təşkil edib. Ümumilikdə isə son 3 ildə buraxılış imtahanlarında “2” alan şagirdlərin sayı 30 faiz azalıb. 2015-ci ildə 9-cu sinif məzunlarının 20681 nəfəri (19.67 faizi) ana dilindən, 21383 nəfəri (20.30 faizi) riyaziyyat fənnindən "4", 12606 nəfər (11.99 faizi) ana dilindən, 13839 nəfər (13.14 faizi) isə riyaziyyat fənnindən "5" qiymət alıb.

Nəzrin Rüstəmova        

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları