İndoneziyanın Kamboca vilayətində Norveç Sahibkarlar Dərnəyi tərəfindən yaradılan bir məktəb ucqar kəndlərdə yaşayan uşaqlara kitablar paylayır və xüsusi dərslər keçir.
AzEDU.az BBC-yə istinadən məlumat verir ki, Kambocada təhsil almaq çətin və bahalı olduğundan, layihəyə qoşulan könüllülər buranın ucqar vilayətlərində yaşayan uşaqlara yük maşını, qayıq və taksi vasitəsilə dərslər keçirlər.
Könüllülər uşaqlara oxuma-yazma, riyaziyyat və digər fənnlər öyrədir, məşhur Kamboca hekayələrini nəql edilər. Ən vacib məqsədləri isə valideynlərin uşaqları məktəbə göndərməyə təşviq edilməsidir.
Burada yaşayan valideynlərin aylıq gəlirləri aşağı olduğundan, uşaqlar özlərindən kiçik bacı-qardaşlarını dolandırmaqla və ailə saxlamaqla məşğul olurlar. Vilayətdə məktəbə getməyən uşaqların əksəriyyəti gələcəyin narkotik aludəçisinə çevrilir.
Seavsean adlı 10 yaşındakı qız ucqar bir kənddə valideynləri ilə birgə yaşayır. Atası içki düşkünüdür və qazandıqları bütün pulları içki almaq üçün xərcləyir. Lakin, o, könüllülərin dərslərində iştirak etdikdən sonra içkini tərgidərək yeni iş tapmağı bacarır. Seavsean isə orta məktəbdə təhsil almağa başlayır.
Məktəb, Kambocada ödənişsiz təhsili həyata keçirən ilk qurum deyil.
Qeyd edək ki, İndoneziyada internetdən istifadə və digər texniki imkanlardan yararlanmaq çox baha olduğundan, Oxsford Universiteti mütəmadi olaraq müasir texnoloji avadanlıqlara sahib yük maşınlarını bir araya gətirərək indoneziyalı şagirdlərlə amerikalı müəllimlərin görüşlərini təşkil edir.
Nəzrin Rüstəmova