Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-21 09:24:00
Fizika və rus dili  fənləri üzrə işçi qruplarının iclası keçirilib

Fizika fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ I və IV ixtisas qrupları üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

AzEdu.az xəbər verir ki, Rus dili (tədris dili) fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan tövsiyələrin hazırlanması olub.

 

Öncə işçi qruplarının iclaslarında 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qruplarının növbəti iclası 26 yanvar 2022-ci il tarixində olacaq.

 

İşçi qruplarının üzvləri 20 Yanvar şəhidlərinə Allahdan rəhmət diləyirlər.