Azedu.az

Riyaziyyat və Mexanika İnstitutunda ixtisas fənni üzrə fəlsəfə doktorluq imtahanları keçiriləcək

Elmi institut və təşkilatlar

5 Dekabr 2021, 10:58
Riyaziyyat və Mexanika İnstitutunda ixtisas fənni üzrə fəlsəfə doktorluq imtahanları keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda dekabrın 27-də ixtisas fənni üzrə fəlsəfə doktorluq imtahanları keçiriləcək.

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək istəyən doktorant və dissertantlar ərizələrini, şəxsiyyət vəsiqələrinin sürətini və elmi işlərinin siyahısını institutun Təhsil şöbəsinə təqdim etməlidirlər.

SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan
Son xəbərlərDaha çox