https://www.zirve.edu.az/ #
2021-10-13 15:49:00
Bağçalara qəbul BU formada həyata keçirilir-İzahı 

valideynlər evdən çıxmadan, elektron qaydada övladlarını  uşaq bağçalarına qeydiyyata saldıra biləcəklər. Bağçalara elektron qəbul aşagıdakı etaplardan ibarətdir

 

Valideynlər "bakibagcayaqebul.edu.az” saytına  daxil olaraq, müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə bilər.  Həmin sayt boş  yer olmadığı  halda   vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif edəcəkdir.

 

AzEdu.az təqdim edir

Qeydiyyatdan keçmək

https://bakibagcayaqebul.edu.az/ saytında  Qeydiyyatdan keçmək bölməsinə basıb aşağıdakı məlumatları daxil etmək lazımdır .

  • Telefon nömrəsi 
  • Şifrə
  • Şifrəni təkrarla
  • “Mən robot deyiləm” bəndini təhlükəsizlik məqsədləri üçün işarələmək

Daha sonra qeyd olunan telefon nömrəsinə verifikasiya kodu göndərilir və həmin kod müvafiq xanaya daxil edilməlidir.

Verifikasiya kodu təsdiq edildikdə aşağıdaki məlumatlar daxil edilməlidir:

  • FİN kod (Şəxsiyyət vəsiqəsinin aşağı hissəsində axırıncı rəqəmi nəzərə almamaq şərti ilə son 7 simvol (rəqəm və hərf kombinasiyası)
  • Doğum tarixi

Göstərilən məlumatlar qeydiyyat keçən şəxs tərəfdən təsdiq olunduğu halda, qeydiyyat tamamlanır

 

"Sistemə Giriş" platformada qeydiyyatdan keçəndən sonra şəxsi kabinetə daxil olmaq imkanını yaradır.Sistemdə uşağı qeydiyyatdan keçirmək üçün ərizəçi "Şəxsi Kabinet"ə daxil olmalıdır.

 

Platformanın ana səhifəsinə daxil olub "Sistemə giriş" düyməsinə basarkən sistemə daxil olmaq üçün müvafiq səhifəyə keçirsiniz.

Qeyd edilən səhifədə aşağıdaki məlumatları daxil etməklə şəxsi kabinetinizə keçə bilərsiniz:

  •  Telefon nömrəsi
  •   Şifrə

Daha sonra "Əlavə etmək" düyməsini basarkən ərizəçi uşağın sistemdə qeydiyyatı prosesinə başlaya bilər.

Şəxsi kabinetdə aşağıdaki bölmələr mövcuddur:

1.Şəxsi məlumat

Uşağın platformada qeydiyyatdan keçməsi üçün aşağıdaki məlumatları daxil edilməsi zəruridir:

  • FİN kod
  • Doğum tarix

 

2.İmtiyazlı qruplar

 

 Uşağın imtiyazlı qrupa aid olduğunu, uşağı qeydiyyatdan keçirən zaman və ya qeydiyyatdan keçirəndən sonra  qeyd edə bilərsiniz

Aşağıda sadalanan ailələrin uşaqları, imtazları təsdiq olunduğu halda, bağçalara ilk növbədə qəbul olunur:

  1. Şəhid ailələrin uşaqları
  2. Qarabaq müharibəsi iştirakçılarının uşaqları
  3. Qarabaq müharibəsi iştirakı ilə bağlı əlaqədar əlilliyi olan şəxslərin uşaqları
  4. Tək işləyən valideynlərin uşaqları
  5. 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin uşaqları
  6. Hərbi xidmətdə olan şəxslərin uşaqları
  7. Təhsil alan anaların uşaqları
  8. Çoxuşaqlı ailələrin uşaqları
  9. Qəyyumluqda olan uşaqlar 

Uşağın imtiyazını sübut edən sənədləri şəxsi kabinetə müvafiq sənədlərin skan versiyalarını (.pdf format) və ya çəkilmiş şəkillərini (.jpg və ya .png formatlar) yükləyə bilərsiniz.

 

3.Mənim sorğularım

Şəxsi kabinetdə "Sorğu göndərmək" düyməsini basaraq bağçalara sorğunun göndərilməsi prosesinə başlamaq mümkündür.

Bir neçə bağçaya sorğunun göndərilməsi funksiyasını aktivləşdirmək üçün seçilmiş rayonlar üzrə bağçaların siyahısı səhifəsində "Bir neçəsini seçmək" düyməsini basaraq aktivləşdirə bilərsiniz. Valideynlərin Bakı şəhərinin və ətrafında olan bütün rayonlarının bağçalarına sorğu göndərmək imkanı var

Bildirək ki ,” sorğunuzu təsdiqləmək” səhifəsində birlikdə eyni bağçaya qəbul olunmalı uşaqları seçərək və "Sorğuda qeyd olunan uşaqlar mütləq şəkildə birlikdə bağçaya qəbul olunsun. Onlardan biri imtina olunarsa sorğu ləğv olunsun" xanasını işarələyərək bir neçə uşağı birlikdə bir bağçaya qəbul olunması imkanından yararlana bilərsiniz.

 

Bütün xanalar  doldurulduqdan sonra qeydiyyatdan keçirilən uşağın müvafiq məlumatları göstərilir. Göstərilən məlumatları valideyn təsdiq etdiyi halda, uşağın qeydiyyatı başa çatmış hesab edilir.

 

 

 

Məmmədova Gülcahan